Sxadadze və legionerlər “İnter“i tərk etdi

Sxadadze və legionerlər “İnter“i tərk etdi backend

Maliyyə problemləri ilə üzləşən Bakının "İnter" klubu Premyer Liqada cari mövsümün son oyununa yalnız yerli futbolçularla çıxacaq.

Qol.Az-ın məlumatına görə, komandanın bütün legionerləri, eləcə də baş məşqçi Kaxaber Sxadadze "Qarabağ"la oyundan sonra vətənlərinə yollanıb.

Legionerlərin əksəriyyətinin müqaviləsi başa çatdığından onlar "İnter"lə vidalaşıb.

Qol.Az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov xəbəri təsdiqləyib. Onun sözlərinə görə, hələ də maliyyə problemi aradan qalxmadığı üçün legionerlərin qayıdışı gözlənilmir:

"Demək olar ki, əcnəbi futbolçulardan 90 faizinin müqaviləsi başa çatıb. Yalnız Baçana Sxadadze, Junior Nildo, Ruben Şaken və Yusuf Feniçin müqaviləsi davam edir. Hələ ki, onların məsələsi açıq qalır".

"İnter"i "Sumqayıt"la oyuna hazırda düşərgədə olan üç məşqçidən biri - Zaur Svanadze, Roman Cəfərov yaxud da Cəmaləddin Əliyev çıxara bilər.
Diaspora