Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.
Modern.az-a daxil ola məlumata görə, idmançının ölüm səbəbi qripdir. İdmançının nəşi dəfn olunması üçün Sabirabada aparılıb.Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova Modern.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib.
S.Məmmədova bildirib ki, Xamis Məmmədov bir müddət əvvəl sooyuqdəymədən mülaicə alıb:
“Daha sonra xəstəlik şiddələnib və onun bədənində iltihabi proses baş verib. Təəssüf ki, idmançı dünyasını dəyişib”.