Yeni mövsümdə də Yaya Ture "Mançester Siti"də çıxış edəcək.
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu mövsümü sonu İngiltərə təmsilçisi ayrılacağını açıqlayan 32 yaşlı yarımmüdafiəçi qərarını dəyişib.Buna klub rəhbərliyinin Yaya Turenin ayrılmasına razı olmamağı səbəb olub. Yaya Ture ilə görüşən klub nümayəndələri onun komanda üçün önəmli futbolçu olduğunu və müqaviləsinin bitməsinə iki il qaldığını vurğulayıblar. Bundan sonra Y.Ture "Mançester Siti"dən ayrılmamağa qərar verib.
Dimitri Seluk da meneceri olduğu Yaya Turenin yeni mövsümdə də İngiltərə klubunda oynayacağını təsdiqləyib.
Qeyd edək ki, Y.Ture 2010-ci ildə "Barselona"dan "Mançester Siti"yə transfer olunub.