Kloppdan gözlənilməz qərar

Kloppdan gözlənilməz qərar backend

Bu mövsümün sonu "Borussiya"dan ayrılacaq Yurgen Klopp ən azından yeni mövsümün ilk yarısına kimi işləməyəcək.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis bir müddət dincəlməyə qərar verib.

Klopp açıqlamasında məlumatı təsdiqləyib: "Mən futbol məşqçisiyəm. Amma hazırda işləmək mənim üçün çox çətindir".

Qeyd edək ki, Y.Klopp "Borussiya" ilə son matçına mayın 30-u çıxacaq. Həmin vaxt Dortmund təmsilçisi Almaniya kubokunun finalında "Volfsburq"la qarşılaşacaq.
Diaspora