Uelbek kubokun finalında oynayacaqmı?

Uelbek kubokun finalında oynayacaqmı? backend

İngiltərə Federasiya kubokunun finalında "Aston Villa" ilə qarşılaşacaq "Arsenal" ciddi itki üzləşib.

Qol.Az-ın "The Telegraph"a istinadən verdiyi məlumata görə, komandanın aparıcı hücumçusu Dani Uelbek həlledici görüşdə iştirak etməyəcək.

Dizindən zədələnən futbolçunun bərpa prosesi davam edir. 24 yaşlı futbolçu fiziki cəhətdən tam hazır olmadığı üçün "Arsenal"ın baş məşqçisi Arsen Venger "Aston Villa" ilə görüşdə ona şans verməyəcək.

Qeyd edək ki, mayın 30-da keçiriləcək "Arsenal" - "Aston Villa" oyunu Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.
Diaspora