"Trabzonspor" "Ərzurumspor"un qapıçısı İbrahim Şehiçin transferi üçün təklif göndərib.
Qol.az Türkiyə mətbatına istinadən xəbər verir ki, Trabzon təmsilçisi "Qarabağ"ın sabiq qolkiperinə görə 700 min avro təklif edib. Klublar arasında danışıqların davam etdiyi vurğulanıb.Qeyd edək ki, 2013-cü ildən 2018-ci ilin mayına kimi Ağdam təmsilçisində çıxış edən Şehiç yayda "Ərzurumspor"a keçib. Onun hazırkı klubu ilə müqaviləsinin müddəti 2020-ci ilin yayında başa çatır.