Qəhrəman Qarabağ qazisinin oğlu çempion oldu – FOTO

Qəhrəman Qarabağ qazisinin oğlu çempion oldu – FOTO backend

Bakıda keçirilən kikboksinq üzrə OPEN - Bakı - 2018 beynəlxalq birinciliyində Azərbaycanlı idmançı 86 kq çəkidə döyüşən Gündüz Alıyev bütün rəqiblərinə qalib gələrək yarışın qalibi olub.

Ali kürsüyə yüksələn G.Alıyev bir gün sonra isə 2018-ci ilin ən yaxşı idmançısı adına da layiq görülüb. Bu mükafatı ona Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev təqdim edib.

G.Alıyev bizimlə söhbətinə Cənub İdman Klubunun baş məşqçisi Samir Həsənov başda olmaqla üzərində əziyyətə olan hər kəsə təşəkkürünü bildirib.

Xatırladaq ki, Günüdüz Alıyevin atası Qarabağ qazisi, döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Bayrağı Ordeni ilə təltif edilən Mirsahib Alıyevdir.

QAZİLER.AZ saytı olaraq həm Gündüz Alıyevi, həm də atası Mirsahib Alıyevi bu parlaq qələbə münasibəti ilə təbrik edirik!





Diaspora