Millidə baş məşqçi dəyişikliyi

Millidə baş məşqçi dəyişikliyi backend

19 yaşadək futbolçulardan ibarət milli komandamızda baş məşqçi dəyişikliyi olacaq.

Bu haqda AFFA-nın rəsmi saytı xəbər yayıb. AFFA-nın Məşqçilər Komitəsi və baş katibliyin birgə müzakirələri, Məşqçilər Komitəsinin müvafiq təqdimatına əsasən gələn ildən yığmaya Samir Əliyev rəhbəlik edəcək. Bu addım 19 yaşadək futbolçulardan ibarət komandalar arasında 2019-cu ilin oktyabr ayında keçiriləcək Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək yığmamızın hazırlıq prosesinə start verilməsi məqsədilə atılıb.

Qurumun mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Qol.az-a bildirib ki, milli 2019-cu ilin martında elit-raunda isə hazırkı baş məşqçisi Vüqar Məmmədin rəhbərliyi altında oynayacaq. Bundan sonra isə U-19 komandasını S.Əliyev çalışdıracaq.
Diaspora