Dekabrın 24-də Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri, Milli Məclisin deputatları və Parlament Jurnalistləri Birliyinin (PJB) üzvləri arasında futbol yarışı keçiriləcək.
Qol.az-ın Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, Dövlət Komitəsinin əməkdaşları ilə ilk dəfə keçirilən yoldaşlıq matçı dekabrın 24-ü saat 12:00-da "ASK Arena"da (keçmiş “Şəfa” stadionu) oynanılacaq. Görüşü idman ictimaiyyətinin tanınmış simalarının izləyəcəyi gözlənilir.Qeyd edək ki, ötən il dekabrın 23-də Tofiq Bəhramov adına Respublika stadionunda Milli Məclisin üzvləri ilə parlament jurnalistləri arasında futbol üzrə yoldaşlıq oyunu keçirilib. FİFA dərəcəli hakim Orxan Məmmədovun idarə etdiyi görüş 3:2 hesabı ilə deputatların xeyrinə başa çatıb. Keçən il yoldaşlıq oyunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, veteran futbolçular İsgəndər Cavadov, Səməd Qurbanov, Oqtay Abdullayev, Asim Xudiyev və başqaları tərəfindən izlənilib.