“Liverpul“dan antirekord

“Liverpul“dan antirekord backend

"Liverpul" İngiltərə Premyer Liqa tarixində antirekorda imza atıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, bu, Premyer Liqanın 38-ci turunda "Stok Siti" ilə oyunda baş verib.

Səfərdə rəqibinə 1:6 hesabı ilə uduzan Liverpul təmsilçisi Premyer Liqa tarixində ilk dəfə 45 dəqiqədə qapısından 5 qol buraxıb. Komanda sonuncu dəfə 1957-ci ildə II liqada "Kardiff Siti" ilə oyunda ilk hissədə qapısında 5 top görmüşdü.

Qeyd edək ki, "Stok Siti" ilə oyun həm də "Liverpul"un canlı əfsanəsi Stiven Cerardın komandasında son oyunu olub.
Diaspora