“Qarabağ”ın oyununda erməni təxribatı - Şəkillər

“Qarabağ”ın oyununda erməni təxribatı - Şəkillər backend

İngiltərədə "Arsenal" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının VI tur matçında insident baş verib.

Qaziler.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, artırma dəqiqələrində azarkeşlərdən biri meydana daxil olub.

O, əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ" futbolçularının üzərinə qaçıb. Azərbaycan təmsilçisinin oyunçuları və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.

Qeyd edək ki, görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.





Diaspora