"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avroliqanın qrup mərhələsinin sonuncu turunda "Arsenal"la oyunun artırma dəqiqələrində baş vermiş insidentə münasibət bildirib.
Qol.az-ın klubun saytına istinadən yaydıı xəbərə görə, 46 yaşlı mütəxəssis azarkeşlərdən birinin meydana əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq çıxması ilə bağlı deyib:"Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".