“Arsenal”ın yarımmüdafiəçisi Mesut Özil Avropa Liqasının qrup mərhələsinin sonuncu – 6-cı turunda “Qarabağ”a qarşı ev oyununda meydana çıxa bilər.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, təxminən 1 aya yaxındır çiynindəki zədədən əziyyət çəkən türk əsilli alman futbolçu tam sağalıb. Artıq komanda ilə birlikdə məşqlərdə iştirak edən Özilin sabah Aaron Remzinin yerinə start heyətində yer alacağı gözlənilir.Qeyd edək ki, “Emireyts” stadionunda keçiriləcək “Arsenal” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 00:00-da başlayacaq.