"Millidə olan məğlubiyyətlərdən sonra kefimiz pozulurdu" - Qurban Qurbanov

"Millidə olan məğlubiyyətlərdən sonra kefimiz pozulurdu" - Qurban Qurbanov backend

"Futbolçularımı təbrik edirəm. Çempionatın son oyununda vacib qələbə qazandıq. Rəqibin itkiləri var idi. Samir Abasova uğurlar arzulayıram”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqanın 14-cü turunda səfərdə "Zirə”yə 6:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

- İkinci hissədə beş müdafiəçi ilə oynadınız. Bu, "Arsenal"la oyuna hazırlıq xarakteri daşıyırdı?

- Hələ tam qərar verməmişəm. Oyundan əvvəl də belə fikrim var idi. Avropa Liqasında da bu sxemlə oynaya bilərik.

- Komanda "Arsenal"la matça nə dərəcə hazırdı?

- Hamı bilir ki, son oyundur. Düşünürəm ki, diqqətli və ciddi hazırlaşmalıyıq. Bu gündən başlamalıyıq.

- Bədavi Hüseynov ucaboylu müdafiəçilərdəndir. Amma künc zərbələrində irəli getmir…

- Uca boylu olmaq başla yaxşı oynamaq demək deyil.

- Penalti epizodunda Araz Abdullayev topa yaxınlaşdı. Bunu özü istədi?

- Araz bizim vacib oyunçularımızdan biridir. O Ukraynadakı matçda da fərqlənib. Sadəcə qolu vura bilmədi.

- Komandada yüksəliş var. Futbolçular təzyiqdən azad olublar?

- Hardasa ola bilər. Son vaxtlar hücumları qurmaq üçün daha çox çalışırıq. Bütün mövqeləri analiz edirik. Çatışmayan cəhətlərin üzərində işləyirik.

- Emeqara zədəlidir. Onun komandadan ayrılmaq ehtimalı varmı?

- Heç bir qərar verməmişik. Heç kimlə bu barədə danışmamışam. Hər biri bizim oyunçudur.

- Dünən milli komanda ilə yollarınızı ayırdınız. Özünüzü necə hiss edirsiniz?

- Normal. Millidə olan məğlubiyyətlərdən sonra kefimiz pozulurdu.
Diaspora