2015/2016 mövsümündə ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın II təsnifat mərhələsindəki daha bir potensial rəqibi müəyyənləşib.
Qol.Az-ın məlumatına görə, bu, Latviya çempionu "Ventspils" klubudur.Daha öncə püşk zamanı hansı səbətdə yer alacağı qeyri-müəyyən olan Latviya çempionunun taleyinə aydınlıq gəlib. Kiprdə APOEL, Danimarkada “Midtilland"ın çempionluğundan sonra reytinq xalı aşağı olan "Ventspils"in səpələnməmişlər səbətində yer alacağı dəqiqləşib. Bu isə o deməkdir ki, "Ventspils" püşk zamanı "Qarabağ"a rəqib ola bilər. Ermənistan çempionu istisna olmaqla I təsnifat mərhələsinin üç qalibinin də püşk zamanı "Qarabağ"la qarşılaşması mümkündür.
Qeyd edək ki, Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunları 14-15 iyulda, cavab qarşılaşmaları isə 21-22 iyul tarixlərində keçiriləcək.
II təsnifat mərhələsi
Səpələnmişlər:
"Seltik" (Şotlandiya), APOEL (Kipr), BATE (Belarus), "Ludoqorets" (Bolqarıstan), "Dinamo" (Zaqreb, Xorvatiya), "Maribor" (Sloveniya), "Makkabi" (Təl-Əviv, İsrail), "Partizan" (Serbiya), "Malmö" (İsveç), "Qarabağ" (Azərbaycan), HİK (Finladniya), "Molde" (Norveç), "Mitdilland" (Danimarka), "Videoton" (Macarıstan)
Səpələnməmişlər:
"Ventspils" (Latviya), "Dila" (Gürcüstan), "Trençin" (Slovakiya), "Jalgiris" (Litva), "Astana" (Qazaxıstan), "Milsami" (Moldova), "Vardar" (Makedoniya), "Styarnan" (İslandiya), "Fola" (Lüksemburq), "Dandalk" (İrlandiya), "Hibernians" (Malta).