Futbol meydanın növbəti ölüm hadisəsi baş verib. Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Argentina ikinci liqasında "Atletiko Parana"nın müdafiəçisi Kristian Qomes "Boca Unidos"la matçın 30-cu dəqiqəsində anidən yerə yıxılıb və huşunu itirib.
Xəstəxanaya aparılan 27 yaşlı oyunçunun həyatını xilas etmək mümkün olmayıb. Onun inkarktdan öldüyü bildirilib.Qeyd edək ki, sözügedən qarşılaşma baş verən hadisəyə görə 32-ci dəqiqədə yarımçıq dayandırılıb.
Xatırladaq ki, bu ay Argentina C liqasında mübarizə aparan San Martin de Burzako"nun futbolçusu Emanuel Orteqa matç zamanı başı meydanın kənarındakı hasara dəymişdi. 21 yaşlı gənc futbolçu xəstəxanada qaldığı 11 gündən sonra vəfat etmişdi.