"Futbol dünyası mafiya və pula görə xəstələnib" – bacılarından Ronaldoya dəstək

"Futbol dünyası mafiya və pula görə xəstələnib" – bacılarından Ronaldoya dəstək backend

“Yuventus”un hücumçusu Kriştiano Ronaldonun bacıları Elma və Katya Aveyru “Qızıl top” mükafatı uğrunda mübarizədə ikinci olan qardaşlarına dəstək nümayiş etdiriblər.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, onların hər ikisi sosial şəbəkələrdə Ronaldonun şəklini paylaşaraq mükafata məhz portuqaliyalı superulduzun layiq olduğunu bildiriblər.

Elma futbolda haqq-ədalət görmək istədiyini yazıb: “Təəssüf ki, futbol dünyası mafiya və lənətə gəlmiş pula görə xəstələnib. Mənim kimi bir çoxları da ədalət görmək istəyir. Tanrının qüdrəti bu çürük təfəkkürlülərdən böyükdür. O, tələsməyə bilər, amma heç vaxt yanılmaz”.

Katya isə Ronaldonu dünyanın ən yaxşısı adlandırıb: “Futboldan başı çıxanlar üçün Ronaldo dünyanın ən yaxşı oyunçusudur. Futbolun gələcəyi məni narahat edir”.

Qeyd edək ki, “Qızıl top” mükafatını bu dəfə Xorvatiya millisi və “Real”ın yarımmüdafiəçisi Luka Modriç qazanıb.
Diaspora