Baş məşqçi qovuldu, Premyer Liqanın tarixinə düşdü

Baş məşqçi qovuldu, Premyer Liqanın tarixinə düşdü backend

İngiltərənin “Sauthempton” klubu baş məşqçisi Mark Hyuzla yollarını ayırıb.

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Onun istefasına komandanın uğursuz çıxışı səbəb olub. Uelsli mütəxəssis qovulması ilə Premyer Liqanın tarixinə düşüb. O, Premyer Liqada bir ildə iki fərqli komandadan istefaya göndərilən ilk baş məşqçidir. 2018-ci ilin yanvar ayında "Stok Siti"dən göndərilmiş Hyuz mart ayından “Sauthempton”nu çalışdırırdı.

Qeyd edək ki, “Sauthempton” Premyer Liqada 14 turdan sonra turnir cədvəlində 9 xalla 18-ci sırada qərarlaşıb.
Diaspora