Milimizin rəqibləri müəyyənləşir - Avro-2020

Milimizin rəqibləri müəyyənləşir - Avro-2020 backend

Bu gün Avro-2020-nin seçmə mərhələsinin püşkü atılacaq.

Qol.az-ın xəbərinə görə, İrlandiyanın paytaxtı Dublində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Milli komandamız da bügünkü püşkatmada seçmə mərhələdəki rəqiblərini tanıyacaq. Yığmamız 5-ci səbətdə qərarlaşıb

Püşkatmada UEFA-nın üzv olan 55 ölkənin yığma komandası 10 qrupa bölünəcək. Bu qruplardan beşində 5, beşində 6 komanda yer alacaq. Seçmə mərhələnin oyunlarından sonra hər qrupdan ilk iki yeri tutan komanda final mərhələsinə yüksələcək.

Avro-2020-nin səbətləri

Millətlər Liqası səbəti: Portuqaliya, İngiltərə, İsveçrə, Hollandiya

1-ci səbət: Belçika, Fransa, İtaliya, İspaniya, Xorvatiya, Polşa

2-ci səbət: Almaniya, İslandiya, Avstriya, Danimarka, Bosniya və Herseqovina, Rusiya, Ukrayna, Uels, İsveç, Çexiya

3-cü səbət: Finlandiya, İrlandiya, Şimali İrlandiya, Serbiya, Türkiyə, Slovakiya, Norveç, Şotlandiya, Bolqarıstan, İsrail

4-cü səbət: Kipr, Estoniya, Litva, Sloveniya, Albaniya, Yunanıstan, Monteneqro, Gürcüstan, Macarıstan, Rumıniya

5-ci səbət: Azərbaycan, Lüksemburq, Moldova, Ermənistan, Belarus, Cəbəllütariq, Qazaxıstan, Kosovo, Makedoniya, Farer adaları

6-cı səbət: San-Marino, Andorra, Latviya, Lixtenşteyn, Malta.

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu ilin mart - noyabr aralığında keçiriləcək.

Xatırladaq ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək davam edəcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.
Diaspora