Bu gün “Neftçi” klubunun SSRİ çempionatının bürünc medalını qazanmasından 52 il ötür.
Kult.az xatırladır ki, “Neftçi” 1966-cı il noyabrın 30-da Moskva “Spartak”ını Eduard Markarov və Anatoli Banişevskinin (2) qolları ilə 3:0 məğlub edərək, çempionatın bürünc medallarını qazanıb.Bu tarixi qələbədən sonra keçirilən mükafatlandırma mərasimində təşkil olunmuş tədbirdə görkəmli aktyorumuz, xalq artisti Lütfəli Abdullayev də iştirak edib. O, tədbirdə “Neftçi”nin qapıçısı kimi rol alıb.
Sözügedən görüntüləri təqdim edirik: