I Avropa Oyunlarında iştirak edəcək Rusiya yığmasının tərkibi müəyyən edilib. Trend xəbər verir ki, bu barədə Rusiya Olimpiya Komitəsinin (ROK) məlumatında bildirilir. ROK-un İcraiyyə Komitəsinin iclasında I Avropa Oyunlarında iştirak edəcək Rusiya yığmasının tərkibi təsdiq edilib.
Rusiyanın 50 regionundan, Moskva (97 nəfər), Moskva vilayəti (38 nəfər), Sankt-Peterburq (33 nəfər), Tatarıstan (17 nəfər), Krasnodar diyarı (16 nəfər) və digər regionlardan 360 atlet komandanın tərkibindədir.Məlumatda qeyd olunur ki, komandanın tərkibində 7 olimpiya çempionu, 34 dünya çempionu var. Rusiya idmançıları yüngül atletikadan başqa bütün idman növləri üzrə yarışlarda iştirak edəcək. ROK-un prezidenti Aleksandr Jukov bildirib ki, Rusiya komandasının hazırlıq səviyyəsi I Avropa Oyunlarında birinci olmağa imkan verir.