UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sonuncu oyununu noyabrın 20-də səfərdə Kosovo yığmasına qarşı keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
Qol.az-ın AFFA-nın saytına istinadən yaydıı xəbərə görə, Farer adaları yığması ilə qarşılaşmanın gedişində zədələnən qapıçı Kamran Ağayevin (“Keşlə”) əvəzinə millinin heyətinə “Qarabağ” klubundan Şahruddin Məhəmmədəliyev dəvət olunub.