“Barselona“nın kapıtanı “Qızıl Top“a layiq görüldü

“Barselona“nın kapıtanı “Qızıl Top“a layiq görüldü backend

İspaniya millisinin və “Barselona” klubunun aparıcı üzvü Xavi Hernandes ilin ən yaxşı oyunçusu seçilib. QAZİLER.AZ-ın Lent.az-a istinadən məlumatına görə, ispaniyalı futbolçu El Mundo Deportivonun təsis etdiyi “Qızıl Top” mükafatına layiq görülüb.

Təcrübəli yarımmüdafiəçi karyerası ərzində müxtəlif illərdə bu mükafata sahib çıxıb.

Sadəcə 2010-2011-ci illərdə Xavi sorğuda üçüncü olub. Həmin illərdə isə ilin ən yaxşı oyunçusu “Barselona”nın argentinalı ulduzu Lionel Messi seçilib.

Qeyd edək ki, mövsümün sonunda “Barselona”dan ayrılacaq futbolçu karyerasını Qətərin “Əl-Saddə” klubunda davam etdirəcək.
Diaspora