“Sumqayıt”ı qələbə münasibəti ilə təbrik edirəm. Başlanğıc bizim üçün yaxşı alındı. Daha sonra kiçik səhv etdik. İlk qoldan sonra oyunumuzda anarxiya yarandı. İkinci qolu buraxdıqdan sonra dönüş edə bilmədik".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "Xəzər Lənkəran"ın məşqçisi Elbrus Məmmədov Azərbaycan Premyer Liqasının 35-ci turunda "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra deyib.O bildirib ki, Tərlan Qasımzadə qol buraxmasına baxmayaraq, oyunun ən yaxşılarından idi:
"Onun yaxşı gələcəyi var”.