"Liverpul" iki futbolçusu ilə müqaviləni yeniləyib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, İngiltərə klubu Cordon Aybla müqavilənin müddətini 2019/2020 mövsümünün sonuna kimi uzadıb. Bundan başqa, "Liverpul" bu mövsümün sonu müqaviləsi başa çatacaq Con Flanaqanla bir illik yeni sözləşməyə imza atıb.