Portuqaliya millisinin sabiq futbolçusu Luiş Fiqo FİFA prezidentliyinə namizədliyini geri götürüb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, namizədliyini İordaniya şahzadəsi Əli bin Əl-Hüseynin xeyrinə geri götürüb. Fiqo seçkilərdə Əl-Hüseyni dəstəkləyəcəyini açıqlayıb.Bununla da FİFA prezidentliyinə namizədlərin sayı 2-ə enib. Bunlar hazırkı prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin Əl-Hüsseyndir.
Qeyd dək ki, prezident seçkisi mayın 29-u keçiriləcək.