Pepe Reyna bu mövsüm icarə əsasında oynadığı "Bavariya"dan ayrılıb.
Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ispan qolkiper "Bavariya" ilə yeni müqavilə imzalamayıb.Bu mövsüm cəmi üç matçda meydana çıxan P.Reyna komanda yoldaşları ilə vidalaşıb və sabiq klubu "Napoli"yə qayıdıb.