"Bavariya" baş məşqçisi Pep Qvardiola ilə müqavilənin müddətini uzatmaq qərarına gəlib.
Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, Münhen təmsilçisinin rəhbərliyi ispaniyalı mütəxəssisə yeni müqavilə təklif edəcək.Rəhbərlik mövcud müqaviləsi gələn ilin yayında başa çatacaq Qvardiolanı daha iki il komandada saxlamağı planlaşdırır.
Qeyd edək ki, "Bavariya"dan ayrılacağı gözlənilən Qvardiolanın adı İngiltərənin "Mançester Siti" və "Mançester Yunayted" klubları ilə hallanır.