Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinin məşqçisi Samir Ələkbərova yeni vəzifə verilib.
AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentindən Qol.Az-a verilən məlumata görə, S.Ələkbərov 21 yaşadək futbolçulardan ibarət yığmamıza köməkçi-məşqçi təyin olunub.O, bundan sonra 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Yaşar Vahabzadənin köməkçisi funksiyasını yerinə yetirəcək.