İngiltərə Premyer Liqasında 33-cü turdan təxirə salınmış bir oyun keçirilib.
Qol.Az-ın məlumatına görə, Londonda "Arsenal" "Sanderlendi" qəbul edib.Ötən turda "Mançester Yunayted"lə 1:1 bərabərə qalan "topçular" bu dəfə də qələbəyə həsrət qalıb. "Sanderlend"lə görüşdə qalib müəyyənləşməyib. Tərəflərin cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb. Bu xal itkisi ilə "Arsenal" mövsümü gümüş medalla başa vurmaq şansını itirib.
Qeyd edək ki, "Arsenal" 37 turdan sonra 72 xalla turnir cədvəlinin 3-cü, "Sanderlend" isə 38 xalla 15-ci pilləsində qərarlaşıb.
20 may
İngiltərə Premyer Liqası, 33-cü tur
"Arsenal" - "Sanderlend" - 0:0