"Tottenhem"in hücumçusu Emanuel Adebayor şok açıqlamaları ilə diqqət çəkib.
Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, toqolu futbolçu daha öncə intihar etmək istədiyini bildirib:"Bir neçə dəfə karyeramı başa vurmaq istədim. Bacımdan soruşa bilərsiniz. Dəfələrlə intihar etməyi düşündüyümü ona söylədim. İllərlə bunları heç kəsə anlatmadım. Ancaq əgər ölsəydim, heç kəs bunları bilməyəcəkdi. Məni tanıyanlar ölkəm və insanları üçün hər şeyi edəcəyimi bilirlər".
Qeyd edək ki, cari mövsüm "Tottenhem"in heyətində 17 oyuna çıxan Adebayor cəmi iki dəfə rəqib qapılarına yol tapıb.