"Qəbələ" əvəzedici komandasının birinci divizionda iştirakından imtina edib.
Qol.az-ın xəbərinə görə, klub rəhbərliyi əlavə maliyyə itkisinə yol verməmək üçün belə qərar verib. Bununla bağlı AFFA və PFL də məlumatlandırılıb.Hazırda AFFA, PFL-in "Qəbələ" rəhbərliyini fikrindən daşındırmaq üçün danışıqlar apardığı bildirilir.
Qol.az-ın əldə etdiyi xəbərə görə, "Qəbələ" yalnız 1-ci liqada iştirakdan imtina etməklə bağlı müraciət edib. Klubun aşağı yaş qrupu üzrə digər komandaları isə çempionatlarda iştiraklarını davam etdirəcəklər.
Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib. "Hazırda "Qəbələ" ilə danışıqlar gedir. Danışıqların nəticəsi gələn həftə bilinəcək" - deyə o qeyd edib.