“Bakı-2015” ilk Avropa Oyunlarında Rusiyanı təmsil edəcək samboçular müəyyənləşib.
Qol.Az-ın "Azərtac"a istinadən yaydığı xəbərə görə, Rusiya millisi birinci Avropa Oyunlarında tam heyətlə çıxış edəcək. Kişilərin yarışında Aymerqen Aktunov (57 kq), Azamat Sidakov (74 kq), Alsim Çernaskulov (90 kq) və Artyom Osipenko (100 kq-dan yuxarı) birincilik uğrunda mübarizə aparacaqlar.Qadınların yarışında Rusiyanı Anna Xaritanova (52 kq), Svetlana Burçeva (60 kq), Anna Şerbakova (64 kq) və Olqa Zaxarçova (68 kq) təmsil edəcəklər.
Birinci Avropa Oyunlarında 72 samboçu medallar uğrunda yarışacaq.