Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, məşq zamanı komandanın iki futbolçusu - Robert Levandovski və Jerom Boatenq arasında gərginlik yaşanıb.
Buna Boatenqin polşalı hücumçuya qarşı sərt oynaması səbəb olub. Levandovskinin bu hərəkətə qarşılıq verməsi ilə gərginlik daha da artıb. Lakin komandanın digər futbolçularının müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkün olub.Qeyd edək ki, Münhen təmsilçisinin baş məşqçisi Pep Qvardiola bu hadisədən sonra hər iki futbolçunu məşqdən qovub.