"Beşiktaş" baş məşqçisi Slaven Biliçlə yollarını ayırıb.
Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, rəhbərlik superliqada ardıcıl uğursuz nəticələr göstərən xorvatiyalı mütəxəssislə yolları ayırmaq qərarına gəlib.Bu qərarın verilməsində komandanın "Konyaspor"a uduzaraq çempionluq yarışından kənarda qalması və həmin oyundan sonra Biliçin "gələn mövsüm "Beşiktaş"da mənə şans veriləcəyini düşünmürəm" fikirlərini səsləndirməsinin də rolu olub.
"Beşiktaş" rəhbərliyi artıq baş məşqçi axtarışına başlayıb. İstanbul təmsilçisinin Şenol Günəş və Mirça Luçesku ilə danışıqlar apardığı bildirilir. Superliqanın 33-cü turunda "Qalatasaray"la qarşılaşacaq "Beşiktaş"ı həmin oyuna kimin çıxacağı hələlik məlum deyil.
Qeyd edək ki, "Beşiktaş" superliqada geridə qalan 32 turdan sonra 66 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşıb.