Əfsanəvi Ciu-Citsu ustası Roys Qreysi BAKIDA!

Əfsanəvi Ciu-Citsu ustası Roys Qreysi BAKIDA! backend

“Qodzilla” qrupun rəhbəri Emil Əmiraslanovun təşkilatçılığı ilə Roys Qreysi Bakıya gəlib.

Qaziler.az bildirir ki. Avrasiya Kombat Ciu-Citsu federasiyasının prezidenti Aqil Acalov, Avrasiya Kombat Ciu-Citsu federasiyasının birinci vitse prezidenti, Azərbaycan Respublikasının əməkdar məşqçisi,Daxili İşlər Nazirliyi-nin İdman cəmiyyətinin əlbəyaxa döyüş mərkəzinin baş məşqçisi, 5-ci dan qara kəmərin sahibi Rəsul Məmmədov, Brazilya Ciu-Citsu (İB) klubunun sədri Taleh Həsənov və digər qonaqlarla birlikdə ilk öncə fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziarət ediblər.

Daha sonra Fairmont otelde baş tutan press konfransda promoşun qrupun rəhbəri Emil Əmiraslanov juranlistlərə Roys Qreysinin Bakıya gəlməsindən təşkilatı məsələlərdən danışdı. Əfsanəvi idmançı Roys Qreysi juranlistlərə Bakıdan məmnun qaldığını bildirirdi.O, daha sonra UFC (“Ultimate Fighting Championship”in) döyüşləri ilə özünün yarışdığı 90-cı illərdəki UFC (“Ultimate Fighting Championship”in) yarışlarını müqayisə edərək bildirdi ki ,
“Bizim vaxtımızda döyüşlərdə, demək olar ki, qaydalar mövcud deyildi. Bu baxımdan, döyüşdə özümüzü daha sərbəst hiss edirdik. İndi isə UFC döyüşlərinə müəyyən qaydalar salınıb”.
Avrasiya Kombat Ciu-Citsu federasiyasının prezidenti Aqil Acalov Azərbaycanda və Avrasiya kontengetində ciu-citsu və kombat ciu-citsu döyüş sənətinin inkişafından bəhs etdi. Avrasiya Kombat Ciu-Citsu federasiyasın birinci vitse prezidenti Rəsul Məmmədov ciu-citsu döyüş sənəti üzrə danışdı.

“Qodzilla” promoşun qrup, Avrasiya Kombat Ciu-Citsu federasiyası və Brazilya Ciu-Citsu (İB) təşkilatçılığı ilə seminar təşkil olundu.Seminarda Avrasiya Kombat Ciu-Citsu federasiyasının və Brazilya Ciu-Citsu (İB) idmançıları və məşqçiləri qatıldı.
Rəsul Məmmədov və Taleh Həsənovun assistentliyi ilə əfsanəvi ciu-citsu ustası Roys Qreysi seminar keçdi. Seminarda əfsanəvi döyüşçü ciu-citsu döyüş sənətinin nəzəriyəsindən danışdı və daha sonra isə müxtəlif döyüş fəndləri göstərdi.
Diaspora