Polşada yaşayan azərbaycanlı jurnalist Şövqi Musayevin oğlu Nihat Musazadə məşhur “Barselona” futbol klubunun 9 yaşlılardan ibarət komandasına qəbul olunub.
Modern.az xəbər verir ki, bu barədə Şövqi Musayev sosial şəbəkələrdə məlumat və video paylaşıb.“Nihat “Barselona”nin 9 yaşlılardan ibarət takımına (FC Barcelona, Escola Varsovia) qəbul olundu. Testlərdən uğurla keçdi və məşqlərə başladı. Qarşıda təlim-məşq toplanışları və İspaniya yolçuluğu var. Tək ailəsinə deyil, millətimizə xeyirli olsun! İnşallah, gün gələr, digər arzusuna catar, millimizin şərəfini qoruyar...”,-Ş.Musayev oğlu haqda bildirib
Şövqi Musayev uzun müddət Azərbaycan mətbuatında çalışıb. Hazırda Polşada yaşayır və iş adamı kmi fəaliyyət göstərir.