Bu gün “Qarabağ” UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Qol.az xəbər verir ki, Qurban Qurbanovun komandası öz meydanında Sloveniya çempionu “Olimpiya”nı qəbul edib. Səfərdə 1:0 hesablı qələbə qazanan Ağdam klubu ikinci görüşdə qolsuz bərabərə qalıb və növbəti mərhələyə yüksəlib.“Qarabağ” ikinci təsnifat mərhələsində Albaniya çempionu “Kukesi” ilə üz-üzə gələcək.
18 iyul
Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunu
21:00. “Qarabağ” (Azərbaycan) - “Olimpiya” (Sloveniya) - 0:0
İlk oyun: 1:0
Baş hakim: Erez Papir (İsrail)
Bakı. Tofiq Bəhramov adına respublika stadionu