"Lill"in baş məşqçisi Rene Jirar istefaya göndərilib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna komandanın uğursuz çıxışı səbəb olub.Cari mövsüm qarşıya qoyulan məqsədə çatmayan komandanın rəhbərliyi çıxış yolunu Jirarla yolları ayırmaqda görüb. 61 yaşlı mütəxəssis Fransa Liqasının son turunda "Mets"lə keçiriləcək oyunda komandasını sonuncu dəfə meydana çıxaracaq. 2013-cü ildən "Lill"i çalışdıran R.Jirarı Herve Renardın əvəzləyəcəyi gözlənilir.
Qeyd edək ki, "Lill" 37 turdan sonra 53 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.