Bu gün dünya çempionatında ilk finalçının adı məlum olacaq.
Qol.az-ın xəbərinə görə, həlledici oyuna vəsiqə üçün Fransa və Belçika milliləri mübarizə aparacaq.Fransa hələ mundial öncəsi favoritlərdən hesab olunurdusa, Belçika millisi turnirdə irəlilədikcə, güclü rəqiblərini mübarizədən kənarlaşdırmaqla iddialı olduğunu sübut edib.
Didye Deşamın rəhbərlik etdiyi fransızlar 1/8 finalda Argentina, 1/4-də isə Uruqvayı mübarizədən kənarlaşdırıb. Roberto Martinesin komandası isə pley-offda Yaponiya və beşqat dünya çempionu Braziliyanı evinə göndərib.
10 iyul
DÇ-2018
Yarımfinal
22:00 Fransa – Belçika
Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)
Sankt Peterburq, "Sankt-Peterburq" stadionu
11 iyul
22:00.Xorvatiya - İngiltərə