“Real”ın hücumçusu Kriştianu Ronaldo “Yuventus”a keçməyə yaxındır.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “kral klubu”nun prezidenti Florentino Peresin qarşıdakı həftənin 2-ci günü direktorlar şurasının iclasında portuqaliya futbolçunun gedişini açıqlayacağı gözlənilir.Klub rəhbərliyi Ronaldonun qarşısına belə bir şərt qoyub ki, oyunçu ictimaiyyətə komandadan ayrılmaq qərarının özünə məxsus olduğunu açıqlamalıdır. Əks-halda F.Peres təzminat məbləğinin 100 milyon avroya endirilməyəcəyini bildirib.
Qeyd edək ki, Ronaldonun "Yuventus"la 4 illik müqavilə bağlayacağı və ümumilikdə 120 milyon avro qazanacağı bildirilir.