Xorvatiya Rusiyanı mundialdan kənarlaşdırdı

Xorvatiya Rusiyanı mundialdan kənarlaşdırdı backend

Futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsinin sonuncu görüşündə ev sahibi Rusiya yığması Xorvatiya millisi ilə qarşılaşıb.

Soçidəki “Fişt” stadionunda keçirilən görüşü braziliyalı referi Sandro Rikki idarə edirb.

***
Qarşılaşmanın əsas vaxtı 1:1 hesablı bərabərliklə yekunlaşıb. Oyunda qalib müəyyən olunmadığından əlavə vaxt təyin edilib.

***
Əlavə vaxtda xorvatlar ilk dəqiqələrdə üstünlük qazansalar da, Rusiya millisi hesabı bərabərləşdirə bilib. Qalibi müəyyən etmək üçün penaltilər seriyası təyin edilib.

***
Penaltilər seriyasında Xorvatiya millisi qələbə qazanaraq yarım finala yüksəlib, bununla da Rusiya yığması mundialla vidalaşıb.

Qeyd edək ki, Xorvatiya yarımfinalda İngiltərə millisi ilə görüşəcək.
Diaspora