İsveç xalqı Almanlara dərs verdi: TÜRK FUTBOLÇUNU DƏSTƏKLƏDİ

İsveç xalqı Almanlara dərs verdi: TÜRK FUTBOLÇUNU DƏSTƏKLƏDİ backend

İsveç-Almaniya matçından sonra irqçi hücumlara hədəf olan Cimmi Durmaza, İsveç xalqı sahib çıxdı.



Türk əsilli İsveçli futbolçu Cimmi Durmaz, İsveç - Almaniya matçının son 15 saniyəsində etdiyi cərimə ilə İsveçli azarkeşlərin irqçi hücumlarına hədəf olmuşdu. Bu gün İsveçin paytaxtı Stokholmun mərkəzində keçirilən aksiyada İsveç xalqı, Cimmi Durmaza sahib çıxdığını nümayiş etdirib.
Minlərlə insanın iştirak etdiyi etirazda irqçilik lənətlənib. Türkiyənin Stokholmdakı səfiri Əmrə Yunt da Cimmi Durmaza dəstək üçün mitinq yerinə gəlib.
Səfir Əmrə Yunt, Cimmi Durmaz ailəsi ilə görüşəndən sonra “İHA” agentliyinə bunları deyib:
"Yeddi ay əvvəl Stokholmda vəzifəyə başladım. Mənimlə görüşə gələn ilk vətəndaşlarımız arasında İsveç Milli Komandasının oyunçusu Cimmi Durmaz da vardı. Onu tanımaqdan çox məmnun olmuşdum. İsveç Milli Komandasının Almaniya ilə keçirdiyi oyundan sonra Cimminin üstünə çox haqsız bir şəkildə gedilməsi çox pis bir şeydir. 11 nəfərin oynadığı matçda hər şeyin bir adamın boynuna qoyulması qəbul edilməzdir. İrqçi hücumlara məruz qoyulması bizi çox kədərləndirdi. Ancaq İsveç xalqının əksəriyyəti Cimmiyə dəstək verdi. Minlərlə adam buraya gəldi. Bir az əvvəl Cimminin atası, anası və qardaşı ilə görüşdüm. Bu bir idman hadisəsidir. Vətəndaşımıza qarşı edilən belə irqçi bir hücumu qəbul edə bilmərik".
Qeyd edək ki, oxşar bir hadisə Alman futbolunda da yaşanmışdı. Alman Milli Komandasında oynayan iki Türk futbolçu prezident Ərdoğan görüşüb, şəkil çəkdirdiyi deyə, Alman xalqı, mediası və höküməti tərəfindən az qala psixoloji cəhətdən linc edilmiş, irqçi münasibət göstərilmişdi. Bu baxımdan İsveç xalqı öz Türk futbolçusuna sahib çıxaraq Almanlara yaxşı bir dərs vermiş oldular.
Xatırladaq ki, bu dəstək nümayişindən az öncə İsveçin idman naziri Türk futbolçu Durmazın futbol köynəyini geyərək ona dəstəyini nümayiş etdirmişdi.


Diaspora