Hollandiya millisinin və Moskva “Spartak”ın hücumçusu Kvinsi Promes polis tərəfindən saxlanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə jurnalist Yohan Dreyk RTL4 kanalında qatıldığı proqramda bildirib.Promis İbitsada xanımının xəsarət aldığı davaya görə həbs edilib. Dava zamanı tərəfləri ayıran bir neçə nəfər də yaralanıb. Kimin kimi döydüyü dəqiq bilinmir. Rusiya KİV-i futbolçunun xanımını döydüyü iddia edib, ancaq Niderland mətbuatında bu barədə məlumat getməyib.
Jurnalistin iddiasına görə, davada məşhur yarımmüdafiçi Uesli Sneyder də iştirak edib.
Qeyd edək ki, Kvinsi Promes “Spartak” klubu ilə sonuncu sezonda 26 oyuna 14 qol vurub.