"Qarabağ" futbol klubu daha bir qapıçısı ilə yollarını ayırıb.
"Report"un məlumatına görə, ukraynalı qolkiper Anton Kanibolotski ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.Ağdam klubu Kanibolotskiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.
Qeyd edək ki, "Qarabağ" daha əvvəl Bosniya və Herseqovina millisinin qapıçısı İbrahim Şehiçlə də vidalaşıb. Hazırda komandada bu mövqedə yalnız Şahruddin Məhəmmədəliyev qalıb.