Braziliya təmsilçisi "Qremio" baş məşqçisi Luis Felipe Skolari ilə yolları ayırıb.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, komandanın ölkə çempionatından uğursuz çıxışı səbəbindən təcrübəli mütəxəssis istefa verib. Onun istefa ərizəsi rəhbərlik tərəfindən qəbul olunub.Qeyd edək ki, Skolari ötən ilin iyulundan "Qremio"nu çalışdırırdı.