Futbol üzrə dünya çempionatının qrup mərhələsində Nigeriya-Argentina qarşılaşmasını türkiyəli hakimlər briqadası idarə edəcək.
Axar.az xəbər verir ki, D qrupunda 2 oyundan sonra 1 xalla sonuncu pillədə qərarlaşan Argentina qrupdakı son qarşılaşmasında Nigeriya ilə üz-üzə gələcək.İlk oyunda İslandiya ilə 1-1 bərabərə qalan, ikinci qarşılaşmada isə Xorvatiya seçməsinə 3-0 hesabı ilə məğlub olan ikiqat dünya çempionları qrupdan çıxa bilmək üçün Nigeriyanı məğlub etməidir. Amma digər görüşdə də xorvatlar İslandiyanı məğlub etməlidir.
Xatırladaq ki, Cüneyt Çakır dünya çempionatında 15 iyunda keçirilən İran-Mərakeş qarşılaşmasını idarə etmişdi.