Argentinalılar dünya çempionatındakı əsas oyundan əvvəl məşqçidən imtina etdilər

Argentinalılar dünya çempionatındakı əsas oyundan əvvəl məşqçidən imtina etdilər backend

Argentina millisinin DÇ-2018-in üçüncü turunda Nigeriya yığmasına qarşı heyətini baş məşqçi Xorxe Sampaolinin yox, oyunçuların müəyyənləşdirəcəyi iddia edilib.

Qol.az-ın "Daily Mail"ə istinadən yaydığı xəbərə görə, bu iddia altında Argentina yığması ilə DÇ-1986-nın qalibi olan Rikardo Custi çıxış edib. O, yığmanın meneceri Xorxe Burruqaço ilə görüşdən sonra bu barədə bildirib: "Oyunçular necə oynamaq istədiklərini özləri seçəcək. Xorxe Sampaoli ehtiyat oyunçular skamyasında oturmaq istəsə, bunu edə bilər. Əgər olmasa, o da problem olmayacaq".

Heyəti komandanın liderləri Lionel Messi və Xavyer Maskeranonun müəyyənləşdirəcəyi gözlənilir.

Qeyd edək ki, DÇ-2018-in ikinci turunda Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra millinin futbolçularının X.Sampaolini istefaya göndərilməsini istədiyi iddia olunurdu. Futbolçuların köməkçi məşqçilərdən birinin onu əvəzləməsini federasiyadan xahiş etdiyi bildirilirdi. Ancaq Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia baş məşqçi ilə yolları ayırmayacaqlarını açıqlayıb.
Diaspora