Bu gün Bayıl stadionunda “Neftçi” və Qəbələnin UGİM komandaları arasında keçirilmiş final oyunu ilə AFFA-nın U-10 Liqasının 2014/2015-ci il mövsümünə yekun vurulub.
Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, qarşılaşma 4:3 hesabı ilə Qəbələ təmsilçisinin xeyrinə başa çatıb.Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu, Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri Yusif Vəliyev, “Neftçi” klubun idman direktoru Vəli Qasımov və “Qəbələ” İK-nın Futbol direktoru Toni Adams təqdim ediblər.
U-10 Liqasının bombardiri 45 qolla “Simurq” komandasının üzvü Elvin Qarayev olub. “Neftçi” komandasının oyunçusu Nicat Qaragözlü isə liqanın ən yaxşı futbolçusu seçilib.