“Çox çətin rəqiblə qarşılaşacağıq. Belə rəqiblə qarşılaşmaya pley-off matçı kimi meydana çıxacağıq”.
Qol.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin püşkatmasını dəyərləndirərkən deyib.Klubun rəsmi Feysbuk səhifəsinə açıqlama verən baş məşqçi "Olimpiya"nı ən çətin rəqib adlandırıb: “Artıq bu gündən rəqibi analiz etməyə başlayacağıq ki, oyuna qədər maksimum hazır olaq. Əlimizdən gələni etməyə çalışacağıq. Bizə ən çətin və gözlənilməz rəqib düşdü”.
Xatırladaq ki, bu gün İsveçrənın Nyon şəhərində Çempionlar Liqasının 1-ci və 2-ci təsnifat mərhələsinin püşkatması keçirilib.
Qol.az-ın xəbərinə görə, Bakı vaxtı ilə saat 14:00-da başlayan tədbirdə mübarizəyə 1-ci mərhələdən qoşulacaq Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşib.
Ağdam təmsilçisi 2-cü təsnifat mərhələsi üçün Sloveniyanın "Olimpiya" klubu ilə mübarizə aparacaq.
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.